Tədris proqramı Təsdiq edirəm
Azərbaycan Tibb Universiteti «II Uşaq xəstəlikləri» kafedrasının
«Uşaq xəstəlikləri» fənni üzrə müdiri prof. N.Н.Sultanova
İŞÇİ TƏDRİS PROQRAMI İmza ____________________
(SİLLABUS) ____. _____________2022-ci il
SİLLABUS
(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)
Fakültə: Müalicə-profilaktika fakültəsi
Kafedra: «II Uşaq xəstəlikləri»
Semestr: XII
Tədris ili: 2021/2022
Kurs: VI
Fənni tədris edən müəllim: kafedranın professor-müəllim heyəti
Tədris yükü: praktika 25 saat + mühazirə 10 saat
Tədris üsulları: praktiki məşğələ (6s və 7s), mühazirə (2s)
Fənnin kodu: İPF-B39
Fənnin növü: məcburi
Fənnin krediti: 2
Fənnin tədris formasi: əyani
Fənnin tədris dili: azərbaycan, rus, ingilis
Kafedranin əlaqə nömrələri: +994 51 599 06 24
E/mail: [email protected]
PREREKVİZİTLƏR:
Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənnlər: «Anatomiya», «Fiziologiya», «Patoloji anatomiya», «Patoloji fiziologiya», «Biokimiya», «Farmakologiya», «Uşaq xəstəliklərinin propedevtikası».
KOREKVİZİTLƏR:
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin tədris olunması zərurəti yoxdur.
KURSUN TƏSVİRİ:
Ümumi profilli həkim kadrlarının hazırlanmasında pediatriya önəmli rol oynayır. Bu onunla əlaqədardır ki, yaşlılarda rast gələn bir çox funksional pozğunluqların və xəstəliklərin profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Tibb universitetində uşaq xəstəliklərinin tədrisi ardıcıl olaraq uşaq xəstəliklərinin propedevtikası və uşaq xəstəlikləri kafedrasında aparılır.
KURSUN MƏQSƏDİ:
IV və V kurslarda uşaq xəstəliklərinin öyrənilməsində tədrisin əsas məqsədi uşaqlarda tez-tez rast gələn xəstəliklərin etiologiyası, patogenezi haqqında biliklərin əldə edilməsindən ibarətdir. Pediatrik xəstələrdə müayinə vərdişlərinin təkmilləşdirilməsi və möhkəmləndirilməsi kliniki təfəkkürün formalaşması, klinik diaqnoz qoymaq bacarığı, differensial diaqnostika vərdişlərinə yiyələnmək, tez-tez rast gələn xəstəliklərin müalicə və profilaktikasının əsas prinsiplərini öyrənmək tədrisin məqsədinə aiddir.
VI kursda tələbələr klinikanın stasionar şöbələrində və poliklinikalarda müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirir, klinik nümunəli dərslər keçirlər, həmçinin, kafedranın müdiri, professor və dosentlərin xəstə baxışlarında çoxmövzulu araşdırmalarda iştirak edirlər.
Problem mövzularında mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin klinik təhlili müasir paraklinik müayinələrin (instrumental, laborator-biokimyəvi və s.) nəticələrinin müfəssəl araşdırması ilə müşayiət olunur.
KURSUN NƏTİCƏLƏRİ:
IV və V kurslarda tələbələr tədris zamanı xəstələrin müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnirlər, diaqnostika, differensial diaqnostika taktikası, təxirəsalınmaz təcili tibbi yardım göstərmək üsulunu və tibbi sənədləşmənin aparılmasını öyrənirlər. VI kursda sırf sindromologiya və müfəssəl differensial diaqnostika öyrənilir. Bu fənn tədris edilib qurtarandan sonra tələbələr müxtəlif yaşlı uşaqların anatomo-fizioloji xüsusiyyətlərini, onlarda rast gələn xəstəliklərlə mübarizə tədbirlərini bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar və onların iş prinsiplərini, ilkin diaqnostik və proqnostik markerlərin öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.
MÜALICƏ-PROFILAKTIKA FAKÜLTƏSININ
TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN
MÜHAZIRƏLƏRIN MÖVZU PLANI
VI KURS (XII SEMESTR)
№ |
Mövzu
|
Saat |
1. |
Uşaqlarda ürək-damar sistemixəstəliklərinin differensial diaqnostikası. |
2 |
2. |
Uşaqlarda tənəffüs sistemi xəstəliklərinin differensial diaqnostikası. |
2 |
3. |
Uşaqlarda həzm sistemi xəstəliklərinin differensial diaqnostikası. |
2 |
4. |
Uşaqlarda böyrəklərin və sidik yolları xəstəliklərinin differensial diaqnostikası. |
2 |
5. |
Uşaqlarda qan və qanyaradıcı sistemlərin xəstəliklərinin differensial diaqnostikası. |
2 |
Ümumi
|
10 |
MÜALICƏ-PROFILAKTIKA FAKÜLTƏSININ
TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN PRAKTIK
MƏŞĞƏLƏLƏRIN MÖVZU PLANI
VI KURS (XII SEMESTR)
№ |
Mövzu
|
Saat |
1. |
Uşaqlarda ürək-damar sistemixəstəlikləri (kardiomiopatiyalar, diaqnostika, differensial diaqnoz, müayinə üsulları). Anadangəlmə ürək qüsurları, klinika, differensial diaqnostika. |
6 |
2. |
Uşaqlarda tənəffüs sistemi xəstəlikləri. Vaxtından əvvəl doğulanlarda TPS, etio-patogenez, klinika, differensial diaqnoz, təxirəsalınmaz yardım. Bronx-ağciyər displaziyası, mekoniumun aspirasiyası sindromu, tranzitor taxipnoe. Vaxtında və vaxtından əvvəl doğulanlarda pnevmoniyanın gediş xüsusiyyətləri. Bətndaxili pnevmoniya. |
6 |
3. |
Uşaqlarda həzm sistemi xəstəlikləri. Yenidoğulanlarda bağırsaq biosenozunun formalaşması, disbiosenoz. Şərti patogen floranın törətdiyi bağırsaq infeksiyaları, diaqnostika, müalicə. Mədə-bağırsaq sisteminin funksional və üzvi xəstəlikləri, klinika, diaqnostika, differensial diaqnostika və müalicə. |
6 |
4. |
Uşaqlarda qan və qanyaradıcı sistemlərin xəstəlikləri. Anemiyaların təsnifatı. Posthemorragik, hemolitik, hipoplastik və aplastik anemiyalar, klinika, diaqnoz, differensial diaqnoz və müalicə. |
7 |
Ümumi |
25 |
SƏRBƏST İŞ:
Semestr ərzində hər tələbəyə 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 4-5 səhifə (şrift-12) olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.
MPF-NIN VI KURS TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI »
FƏNNI ÜZRƏ SƏRBƏST IŞLƏRIN MÖVZULARI
№ |
Mövzu |
1 |
Yenidoğulanlarda MSS-nin perinatal patologiyalarının differensial diaqnostikası. |
2 |
Yenidoğulanlarda sarılıqların differensial diaqnostikası. |
3 |
Yenidoğulanlarda tənəffüs sistemin xəstəliklərinin differensial diaqnostikası. |
4 |
Uşaqlarda maye-elektrolit mübadiləsinin pozulması. Asidoz və alkaloz. Korreksiya prinsipləri. |
5 |
Anadangəlmə ürək qüsurları. Klinika, müasir diaqnostika metodları və müalicə. |
6 |
Qazanılmış ürək qüsurları. Ürək ritminin pozulmaları. Klinika, müasir diaqnostika metodları və müalicə. |
7 |
Uşaqlarda böyrək xəstəliklərinin differensial diaqnostikası. |
8 |
Uşaqlarda şəkərli diabet. Klinika, diaqnostika və müalicə. |
9 |
Uşaqlarda qalxanabənzər vəzin xəstəlikləri. Klinika, diaqnostika və müalicə. |
10 |
Uşaqlarda böyrəküstü vəzin xəstəlikləri. Klinika, diaqnostika və müalicə. |
11 |
Uşaqlarda piylənmə. Nanizm. Timus vəzinin patologiyaları. Klinika, diaqnostika və müalicə. |
12 |
Birincili və ikincili immunodefisit vəziyyətlər. Klinika, diaqnostika və müalicə. |
13 |
Uşaqlarda anadangəlmə irsi xəstəliklər. Qalaktezemiya. Fruktozemiya. Qlikogenozlar. Fenilketonuriya. Lipid mübadiləsinin pozulması xəstəlikləri. Patogenez. Klinik aspektlər. Müalicə prinsipləri. |
14 |
Təxirəsalınmaz hallar. Hipertermik sindrom. Qıcolma sindromu. Kəskin ürək çatışmazlığı. Tənəffüs çatışmazlığı. İnağ sindromu. Anafilaktik şok. Kvinke ödemi. Komatoz hallar. |
15 |
Uşaqlarda hemostaz pozulmaları. DDL sindromu. Klinika, diaqnostika və müalicə. |
16 |
Kəskin və xronik leykoz. Limfoqranulomatoz. Təsnifat, klinika, diaqnostika və müalicə. |
17 |
Uşaq poliklinika işinin əsas prinsipləri və strukturu. Sahə pediatrın işi. Sağlam uşaq kabinetinin işi. Sağlam və xəstə uşaqların disparizasiyası. |
18 |
İmmunoloji kabinetinin fəaliyyəti. Peyvəndlərin təqvim planı. Əks göstərişlər. Fəsadlar. |
MPF-NIN VI KURS TƏLƏBƏLƏRI ÜÇÜN «UŞAQ XƏSTƏLIKLƏRI»
FƏNNI ÜZRƏ TƏCRÜBI BACARIQLARININ SIYAHISI
№ |
Mövzu |
1 |
Uşaqların tibbi müayinəsinin ümumi prinsipləri, terapevrik yanaşmanın fərqli xüsusiyyətləri. |
2 |
Uşaqların antropometrik müayinəsi, fiziki inkişafın qiymətləndirilmə üsulları. |
3 |
Müxtəlif yaş dövrlərində uşaqların sinir-psixi inkişafının qiymətləndirilmə meyarları. |
4 |
Müxtəlif yaş qrupundan olan sağlam və xəstə uşaqların müayinəsi: palpasiya, perkussiya və auskultasiya. |
5 |
Arterial təzyiqin, ürək döyünmələrinin və tənəffüs tezliyinin ölçülməsi və təhlil olunması. |
6 |
Periferik limfa düyünlərinin müayinəsi, onların dəyişikliklərinin tez-tez baş vermə səbəblərinin qiymətləndirilməsi. |
7 |
Ürək tonları, xarakteriktikası, müxtəlif xəstəliklər zamanı patoloji küylərin qulaqasma nöqtələri. |
8 |
Tənəffüs sisteminin müayinəsi: döş qəfəsinin müxtəlif formaları, auskultasiya ilə pueril, vezikulyar və bronxial tənəffüsün müəyyən edilməsi. |
9 |
Həzm sistemi üzvlərinin müayinə prinsipləri, ardıcıllıq qaydaları. |
10 |
Sidik-ifrazat sisteminin müayinəsi: böyrəyin və sidik kisəsinin palpasiyası. |
11 |
Qanın, sidiyin, nəcisin ümumi analizləri. Qanın və sidiyin biokimyəvi analizi. |
12 |
Qarında ağrılar, müxtəlif xəstəliklər zamanı lokalizasiya, differensasiya, təcili yardım. |
13 |
Hipertermiya, hipotermiya zamanı təxirəsalınmaz yardımın göstərilməsi. |
14 |
Kəskin allergik reaksiyalar zamanı təxirəsalınmaz yardımın göstərilməsi. anafilaktik şok zamanı təxirəsalınmaz yardım. |
15 |
Kəskin ürək və tənəffüs çatmamazlığı zamanı təxirəsalınmaz yardımın göstərilməsi. |
16 |
Uşaqlarda komatoz halları zamanı təxirəsalınmaz yardımın göstərilməsi. |
17 |
Uşaqlarda anadangəlmə irsi xəstəliklər zamanı pəhrizin təyin olunması. |
QİYMƏTLƏNDİRMƏ
Fənn üzrə krediti üçün lazımi 100 bal aşağıdakı kimi olacaq. 50 bal-imtahana qədər.
O cümlədən:
10 bal-dərsə davamiyyət
10 bal-sərbəst iş
20 bal-təcrübə dərslərinə
10 bal-klinik və təcrübi bacarıqlara görə bölünür.
50 bal –imtahanda toplanılacaq. İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual 1 baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.
QEYD:
İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun balın miqdarına uyğun olaraq aşağıdakı kimi qiymətləndirilir:
A - «Əla» - 91 - 100
B - «Çox yaxşı» - 81 - 90
C - «Yaxşı» - 71 - 80
D - «Kafi» - 61 - 70
E - «Qənaətbəxş» - 51 – 60
F - «Qeyri kafi» - 51 baldan aşağı
SİLLABUS-İŞÇİ TƏDRİS PROQRAMI
Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətinin, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.) ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.
Tədris prosesinin planlaşdırılması və təşkilli tədris planları (nümunəvi işçi və fərdi) və fənnlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmişdir.
Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.
İşçi tədris proqramı –fənnə müvafiq olaraq hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.
ƏDƏBİYYAT
1.A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/ Bakı 2018, 558 səh.
2.N.Ə.Tağıyev. Neonatologiya /Dərslik/, Bakı 2008, 535 səh.
3. S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası /Dərs vəsaiti/. Bakı 2009, 212 s.
4.S.M.Qasımova, N.C.Quliyev, Ü.Ə.Əliyeva, Uşaq xəstəlikləri, /Dərslik/, Bakı 2016, 660 səhifə.
5. Pediatriya. İ.İ. İsayev, S.Q. Xanməmmədova, R.R Məmmədova, N.Q. Hüseynov. Bakı 2017,482səh.
6.Uşaq xəstəliklərinin propedevtikası. İ.İ. İsayev. Bakı 2011, 571 səh.
7. S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.
8.N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ 2013, 391 səh.
9. N.A. Hüseynova, N.C. Quliyev və b. Pediatriyada pəhriz terapiyası /Dərs vəsaiti/ 2014, 276 səh.
10.А.А. Баранов.Детскиеболезни /Учебник/2-е изд, испр. и доп.-М.: ГЭОТАР-Медиа, 2012.-1008 с.
11. Н.П. Шабалов.Детскиеболезнив 2-хтомах /Учебник/, 6-е изд. перераб. и доп. –СПб.:Питер 2012 (Учебник для вузов).
12. Н.П. Шабалов. Неонaтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.
13. P. Veliyev.Pediatrik Diseases /The Textbook/ Baku, 2012, 259 page.
14. Детские болезни. Н.П.Шабалов в 2-х томах. Санкт-Петербург, 2006.
TEXNİKİ TƏCHİZAT
Puloksimetr, spirometr, neyrosonoqraf, nebulyazer.