Tədris proqramı Təsdiq edirəm
Azərbaycan Tibb Universiteti «II Uşaq xəstəlikləri» kafedrasının
«Uşaq xəstəlikləri» fənni üzrə müdiri, prof. N.S.Sultanova
İŞÇİ TƏDRİS PROQRAMI İmza ____________________
(SİLLABUS) __. __________2022-ci il
SİLLABUS
(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)
Fakültə: | Hərbi tibb fakultəsi |
Kafedra: | «II Uşaq xəstəlikləri» |
Semestr: |
IX – (payız semestri) |
Tədris ili: | 2021/2022 |
Kurs: | V |
Fənni tədris edən müəllim: | kafedranın professor-müəllim heyəti |
Tədris yükü: | praktika 50 saat + mühazirə 10 saat |
Tədris üsulları: | praktiki məşğələ (4 saat), mühazirə (2 saat) |
Fənnin kodu: | IPF-B39 |
Fənnin növü: | məcburi |
Fənnin krediti: | 5 kredit (60 saat) |
Fənnin tədris formasi: | əyani |
Fənnin tədris dili: | azərbaycan |
Kafedranin əlaqə nömrələri: | +994 51 599 06 24 ; daxili 157 |
E/mail: | [email protected] |
PREREKVİZİTLƏR:
Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənnlər: «Anatomiya», «Fiziologiya», «Patoloji anatomiya», «Patoloji fiziologiya», «Biokimiya», «Farmakologiya», «Uşaq xəstəliklərinin propedevtikası».
KOREKVİZİTLƏ:
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.
KURSUN TƏSVİRİ:
Uşaq xəstəlikləri kafedrasında Hərbi-tibb fakultəsinin V kurs kursantlarına ürək-damar sisteminin – anadangəlmə ürək qüsurqüsurları, kəskin revmatik qizdırma, qeyri-revmatik karditlər, birləşdirici toxumanın diffuz xəstəlikləri, uşaqlarda sidik- ifrazat sisteminin xəstəlikləri, kəskin və xroniki böyrək çatışmazlığı, qanyaradıcı orqanların xəstəlikləri (anemiyalar, hemorragik diatezlər, leykozlar) tədris olunur.
Bunlarla yanaşı, şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri və uşaqlarda mədə-bağırsaq xəstəlikləri tədris edilir. Həmçinin qeyd edilən xəstəliklərin etiopatogenezi, təsnifatı , klinik əlamətləri, müalicəsi, profilaktikası və proqnozu öyrədilir.
Təbii ki, problemə yanaşma, onun həlli elmi müddəalara əsaslanmalıdır. Ona görə də tələbələrin özlərinin cəlb edilməsi ilə kasfedrada elmi tədqiqat işləri aparılır, tələbələr diaqnostika və müalicədə istifadə olunan ən müasir avadanlıqlarla, onların iş prinsipi ilə yaxından tanış olur, qeyd edilən məsələlərin həlli barədə onlara şərh verilir.
V kurs tələbələri müxtəlif yaş dövrlərində rast gələn patologiyaların diferensial diaqnostikası, müalicə prinsipləri, uşaqlara təcili yardım və reanimasiya tədbirləri, uşaq əhalisinə poliklinika xidmətinin əsaslarını öyrənirlər.
KURSUN MƏQSƏDİ:
V kursda «Uşaq xəstəlikləri» fənninin tədrisində müxtəlifyaş dövrlərindən asılı olaraq xəstəliklərin etiologiyası, patogenezi, klinikası, diaqnostikası və diferensasiyası, müalicə üsullarının tələbələrə öyrədilməsi, onların bacarıq və vərdişlərlə və sərbəst işlərlə tamamlanmasıdır.
Müxtəlif yaş dövrünün tədrisində əsas məqsəd xəstə uşaqlara erkən diaqnostik və proqnostik meyarları təyin etməklə yanaşıbeynəlxalqsübutedici təbabətə əsaslanan müalicə sxemlərinin istifadəsinin əsaslandırılmasıdır. Bu məqsədlə tədris prosesində pediatriyanın müxtəlif aspektlərinə həsr edilmiş mövzular geniş işıqlandırılmışdır.
KURSUN NƏTİCƏLƏRİ:
Bu fənn tədris edilib qurtarandan sonra, kursantlar müxtəlif yaş dövrlərində olan uşaqların anatomo – fizioloji xüsusiyyətlərini, onlarda rast gəlinən xəstəlikləri, bu xəstəliklərlə profilaktika və müalicətədbirlər sistemini bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar, onların iş prinsipi, ilkin diaqnostik və proqnostik markerlərin öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.
HƏRBİ- TİBB FAKULTƏSİNİN MÜHAZİRƏNİN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN
MÖVZU PLANI V KURS (IX SEMESTR-PAYIZ)
№ |
Mövzu |
Saat |
1 |
Revmatik qızdırma.Etiopatogenezi, klinik xüsusiyyətləri,diaqnostik meyarları.Yuvenil revmatoid artritlə differensial diaqnostika. Mərhələli müalicə və profilaktikasının prinsipləri. |
2 |
2 |
Uşaqlarda sidik-ifrazat sistemin xəstəlikləri.Uşaqlarda kəskin və xronik qlomerulonefrit,pielonefrit etiopatogenez, klinika, diaqnostika, müalicə və profilaktikası. Kəskin və xronik böyrək çatışmazlığı etiopatogenez, klinika, diaqnostika, müalicə və profilaktika.Xəstə təhlili.Test məsələləri. |
2 |
3 |
Leykozlar.Uşaqlarda kəskin leykoz və xronik mieloleykozun etiopatogenezi,klinika,diaqnostika,müalicə və profilaktikası.Xəstə təhlili.Test məsələləri. |
2 |
4 |
Şəkərli diabet.Uşaqlarda şəkərli və şəkərsiz diabetin etiopatogenezi, klinik xüsusiyyətləri, müalicəsi, diaqnostika və differensial diaqnostikası. |
2 |
5 |
Qalxanabənzər vəzin xəstəlikləri.Uşaqlarda qalxanabənzər vəzin xəstəliklərinin (diffuz toksik, endemik və sporadik ur) etiologiyası, patogenezi, klinik xüsusiyyətləri,müalicəsi,diaqnostika və differensial diaqnostikası. |
2 |
HƏRBİ-TİBB FAKULTƏSİNİN «UŞAQ XƏSTƏLIKLƏRI» FƏNNINDƏN
TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRİNİN MÖVZU PLANI V KURS (IX SEMESTR-PAYIZ)
№ |
Mövzu |
Saat |
1 |
Revmatik qızdırma.Etiopatogenezi, klinik xüsusiyyətləri,diaqnostik meyarları.Yuvenil revmatoid artritlə differensial diaqnostika.Mərhələli müalicə və profilaktikasının prinsipləri. |
4 |
2 |
Birləşmiş toxumaların diffuz xəstəlikləri. Revmatoid artrit, qırmızı qurd eşənəyi, dermatomiozit,sklerodermiya etiopatogenezi,klinik xüsusiyyətləri, diaqnostik meyarları,müalicə və profilaktikasının prinsipləri. |
4 |
3 |
Anadangəlmə ürək qüsurları.Anadangəlmə ürək qüsurları etiopatogenez,klinika,diaqnostika,differensial diaqnostika müalicə prinsipləri.Xəstə təhlili.Test məsələr. |
4 |
4 |
Qeyri revmatik karditlər.Etiopatogenez,klinika,diaqnostika,differensial diaqnostika müalicə prinsipləri.Xəstə təhlili. Test məsələr. |
4 |
5 |
Uşaqlarda sidik-ifrazat sistemin xəstəlikləri.Uşaqlardasidik ifrazat sisteminin anatomik fizioloji yaş xüsusiyyətləri. Uşaqlarda sidik yollarinin infeksiyası. Pielonefrit, etiopatogenez klinika, müalicə və profilaktika. |
4 |
6 |
Kəskin və xroniki böyrək catışmazlığı.Etiopatogenezi,klinik xüsusiyyətləri,diaqnostik meyarları.Müalicə və profilaktikasının prinsipləri. |
4 |
7 |
Qanyaradıcı orqanların xəstəlikləri.Anemiyalar.Uşaqlarda qan yaranma və qanın xüsusiyyətləri, anemiyalar, təsnifatı. Dəmir defisitli anemiya,kliniki formaları,müalicə,profilaktika. |
4 |
8 |
Hemorragik diatezlər.Hemorragik vaskulit, talassemiya,hemofiliya,Verlqox və Şenleyn Henox xəstəliyi etiopatogenezi, klinik xüsusiyyətləri,diaqnostik meyarları.Müalicə və profilaktikasının prinsipləri. |
4 |
9 |
Leykozlar.Uşaqlarda kəskin leykoz və xronik mieloleykozun etiopatogenezi, klinika, diaqnostika, müalicə və profilaktikası.Xəstə təhlili.Test məsələləri. |
4 |
10 |
Şəkərli diabet.Uşaqlarda şəkərli və şəkərsiz diabetin etiopatogenezi,klinik xüsusiyyətləri, müalicəsi, diaqnostika və differensial diaqnostikası. |
4 |
11 |
Qalxanabənzər vəzin xəstəlikləri.Uşaqlarda qalxanabənzər vəzin xəstəlikləri: diffuz toksik ur. |
4 |
12 |
Hipotireozun etiologiyası, patogenezi, klinik xüsusiyyətləri, müalicəsi, diaqnostika və differensial diaqnostikası. |
4 |
13 |
Böyrəküstü vəzin kəskin və xroniki catışmazlığı.Böyrəküstü vəzin kəskin çatışmazlığının etiopatogenezi, klinik xüsusiyyətləri, müalicəsi, diaqnostika və differensial diaqnostikası. |
4 |
14 |
Uşaqlarda mədə-bağırsaq xəstəlikləri. Kəskin və xroniki qastritlər. Qastroduodenitlər. |
4 |
15 |
Mədə və 12-barmaq bağırsağın xora xəstəlikləri. “Sidney sistemi” təsnifatı, etiopatogenezi, klinik xüsusiyyətləri, diaqnostik meyarları.Müalicə və profilaktikasının prinsipləri. |
4 |
SƏRBƏST İŞ:
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi bir balla qiymətləndirilir.
Sərbəst iş yazılı formada,word faylı formasında, həcmi 4-5 səhifə (şrif – 12) olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiatyolverilməzdir.
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON
TARİXİ
№ |
Mövzu |
Son həftə |
1. |
Revmatik xəstəliklər |
|
2. |
Anadangəlmə ürək qüsurları |
|
3. |
Qeyri-revmatik karditlər |
|
4. |
Böyrək və sidikçıxarıcı sistemin xəstəlikləri |
|
5. |
Uşaqlarda anemiyalar |
|
6. |
Hemorragik diatezlər |
|
7. |
Kəskin və xroniki leykoz |
|
8. |
Şəkərli diabet |
|
9. |
Qalxanabənzər vəzin xəstəlikləri |
|
10. |
Mədə və 12 barmaq bağırsağın xəstəlikləri |
|
Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.
Sərbəst işlərin nəticələri jurnalda yazılır.
KLİNİK VƏ TƏCRÜBİ BACARIQLAR:
1. Ürək sərhədlərinin təyini.
2. Qanın ümumi və biokimyəvi müayinəsinin təhlili.
3. Xəstənin ümumi vəziyyətinin qiymətləndirilməsi.
4. Qanda şəkərin təyini.
5. Qalxanabənzər vəzin palpasiyası.
6. Böyrəklərin palpasiyası. Pasternatski simptomunun yoxlanması.
7. Arterial təzyiqin ölçülməsi və qiymətləndirilməsi.
8. Qaraciyər və dalağın palpasiyası və perkusiyası.
9.Nəbzin yoxlanması və qiymətləndirilməsi.
10. Mədə-bağırsaq sisteminin müayinəsi
Semestr ərzində hər tələbədən 10 bacarığın yerinə yetirilməsi yoxlanılır. Hər bacarıq bir balla qiymətləndirilir. Bacarıqların nəticələri jurnalda qeyd edilir.
QİYMƏTLƏNDİRMƏ:
Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:
50 bal - imtahana qədər
O cümlədən:
10 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
20 bal – təcrübə dərslərinə
10 bal – klinik və təcrübi bacarıqlara görə bölünür.
Semestr ərzində minimum 3-4 dəfə kollokvium keçiriləcəkdir. Kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.
50 bal – imtahanda toplanılır. İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.
QEYD :
İmtahanda mimimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmayacaq. İmtahanda və imtahana qədərtoplanan ballar cəmlənir, və yekun balın miqdarına uyğun olaraq aşağıdakı kimi qiymətləndirilir:
A - «Əla» |
- 91 - 100 |
B - «Çox yaxşı» |
- 81 - 90 |
C - «Yaxşı» |
-71 - 80 |
D - «Kafi» |
-61 - 70 |
E - «Qənaətbəxş» |
-51 – 60 |
F - «Qeyri kafi» |
-51 baldan aşağı |
SİLLABUS – İŞÇİ TƏDRİS PROQRAMI
Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun
həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini , tədris növlərini (mühazirə,təcrübə,laboratoriya məşğələləri və s.) ayrı-ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.
Tədris prosesinin planlaşlırılması və təşkili tədris planları (nümunəvi işçi və fərdi) və fənlər üzrə işçi proqramları əsaslnda həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilr.
Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında
işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.
İşçi tədris proqramı (sillabus) – fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.
ƏDƏBİYYAT
1. A.A. Əyyubova, H.H.Qabulov, N.H.Sultanova. Uşaq xəstəlikləri /Dərslik/ Bakı 2018, 558 səh.
2. N.Ə.Tağıyev. Neonatologiya /Dərslik/, Bakı 2008, 535 səh.
3. S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası /Dərs vəsaiti/. Bakı 2009, 212 s.
4. S.M.Qasımova, N.C.Quliyev, Ü.Ə.Əliyeva, Uşaq xəstəlikləri, /Dərslik/, Bakı 2016, 660 səhifə.
5. Pediatriya. İ.İ. İsayev, S.Q. Xanməmmədova, R.R Məmmədova, N.Q. Hüseynov. Bakı 2017,482səh.
6. Uşaq xəstəliklərinin propedevtikası. İ.İ. İsayev. Bakı 2011, 571 səh.
7. S.Z.Qarayeva. Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Bakı, 2014, 186 səh.
8. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ 2013, 391 səh.
9. N.A. Hüseynova, N.C. Quliyev və b. Pediatriyada pəhriz terapiyası /Dərs vəsaiti/ 2014, 276 səh.
10. А.А. Баранов.Детскиеболезни /Учебник/2-е изд, испр. и доп.-М.: ГЭОТАР-Медиа, 2012.-1008 с.
11. Н.П. Шабалов.Детскиеболезнив 2-хтомах /Учебник/, 6-е изд. перераб. и доп. –СПб.:Питер 2012 (Учебник для вузов).
12. Н.П. Шабалов. Неонaтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.
13. P. Veliyev.Pediatrik Diseases /The Textbook/ Baku, 2012, 259 page.
14. Детские болезни. Н.П.Шабалов в 2-х томах. Санкт-Петербург, 2006.
Kurs işi: Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.
Təcrübə: Bu fənn üzrə istehsalat təcrübəsi nəzərdə tutulur.