5 noyabr 2022-ci il
5 noyabr 2022-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris- terapevtik klinikasında Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin sədri Əməkdar elm xadimi, II Uşaq xəstəlikləri kafedrasının professoru Amaliya Əyyubova və kafedranın dosenti t.ü.f.d. Tahirə Pənahovanın təşəbbüsü ilə "Allerqolji xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşma" adlı master klass keçirilmişdir. Təlimçilər Ukraynalı həmkarlarımız NMAPO akademiyasının pediatriya kafedrasının professoru Şarikadze Yelena Viktorovna və Boqomolets adına Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının assistenti Yuriev Sergey Dmitrieviç allergik xəstəliklərin son müalicə protokolları, molekulyar allerqodiaqnostik üsulları və s. aktual mövzular haqqında maraqlı təqdimatla çıxış etmişdirlər. Tədbir auditoriya ilə diskussiya şəklində keçirilmişdir.