« II UŞAQ XƏSTƏLİKLƏRİ » KAFEDRASININ TARİXİ
Azərbaycanda pediatriyanın inkişaf tarixi elmi köklərinə əsaslanaraq XX əsrin əvvəllərinə təsadüf edir. Respublikamızda ilk ali məktəb-universitet 1919-cu ildə təşkil olunmuş və onun nəzdində tibb fakultəsi yaradılmışdır.
« II Uşaq xəstəlikləri » kafedrası isə 1920 – ci ildə yaradılaraq , professor A.Karnitski tərəfindən rəhbərlik edilmişdir (hal-hazırda « ΙΙ Müalicə –profilaktika» fakultəsinin « II Uşaq xəstəlikləri » kafedrası). Sonrakı dövrlərdə Respublikamızda pediatriyanın inkişafında böyük xidmətləri olmuş professor Ə.Qarayev, Z.Hüseynbəyov və digər klinisistlər öz elmi-pedaqoji fəaliyyətlərini məhz həmin kafedrada başlamışlar.1937-ci ildə Pediatriya fakultəsinin iki uşaq xəstəlikləri kafedrası təşkil edilmişdir. Bunlardan biri uşaqların fiziologiyası və dietetikası kursu daxil olmaqla kiçik yaşlı uşaqların xəstəlikləri kafedrası (müdiri professor Z.Hüseynbəyov), digəri isə professor Ə.Qarayevin rəhbərlik etdiyi uşaq yoluxucu xəstəlikləri və vərəm kursu daxil olmaqla böyük yaşlı uşaqların xəstəlikləri kafedrası idi. Bu kafedralar fəaliyyət göstərdikləri müddətdə həkim kadrlarının hazırlanmasında əsas rol oynamışlar.
1945-ci ildə təsdiq edilmiş yeni tədris planı və ştat nizamnaməsinə müvafiq olaraq fakultənin mövcud profil kafedraları əsasında fakultə pediatriyası (ilk müdiri prof. Ə.Qarayev), hospital pediatriya (ilk müdiri dos.A.Əmircanov), uşaq xəstəliklərinin propedevtikası (ilk müdiri S.Hacıyeva) kafedraları yaradılmışdır.
Ə.F.Qarayevin vəfatından sonra 1952-1963-cü illərdə fakultə pediatriyası kafedrasına dosent Q.B.Bron rəhbərlik etmişdir. Sonrakı 7 il ərzində kafedra müdiri vəzifəsində dos. S.İ.Hacıyeva (1963-1970) təyin edilmişdir. 1970-ci ildə prof.L.M.Hüseynova kafedranın müdiri vəzifəsinə seçilmiş və bu vəzifədə 1987-ci ilə qədər işləmişdir. Onun kafedraya rəhbərlik etdiyi illərdə kafedranın əməkdaşları raxit, uşaqlarda tənəffüs sistemi xəstəlikləri və irsi xəstəliklər problemlərinə dair elmi – tədqiqat işləri aparmışlar. Bu illər ərzində prof. L.M.Hüseynovanın rəhbərliyi ilə iki cildlik «Uşaq xəstəlikləri» dərs vəsaiti çapdan çıxarılmışdır. 1987-ci ildə bu dərs vəsaitinə prof. T.H.Qurbanovun həmmüəllifliyi ilə III cild də əlavə edilmişdir.
1982-ci ildə hospital pediatriyası kafedrası əsasında « I və II Uşaq xəstəlikləri » kafedraları yaradılmış, fakultə pediatriyası kafedrası isə « III Uşaq xəstəlikləri» kafedrası adlandırılmışdır.
1987-ci ildən 1989-cu ilə qədər isə «II Uşaq xəstəlikləri» kafedrasına prof. P.D.Kats rəhbərlik edərək, əsasən uşaqlarda allergik proseslər və tənəffüs sistemi xəstəlikləri problemləri ilə məşğul olmuşdur. Bu dövrlərdə kafedrada S.Haçıyeva, L.Axundova,T.Axundova, S.Əlikiçibəyova,T.Qurbanov və s. kimi pediatrlar kafedrada çalışaraq , oz elmi , təcrübi biliklərini çavan həkimlər ilə paylaşmışdırlar.
1989-2017-ci illərdə «II Uşaq xəstəlikləri» kafedrasının müdiri vəzifəsinə ə.e.x.,prof. Əyyubova A.A. təyin olunmuşdur. O, Universitet Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, pediatriya üzrə metodik komissiyanın sədri, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, Azərbaycan allerqoloq, immunoloq və immunoreabilitoloqlar cəmiyyətinin prezidenti, MDB-ölkələrinin allerqoloq, immunoloq və immunoreabilitoloqlar cəmiyyətinin vitse-prezidenti, Beynəlxalq «İNTERASTMA» cəmiyyətinin rəyasət heyətinin üzvü, Moskvada nəşr olunan «Клиническая иммунология и аллергология» və «Astma» jurnalının redaksiya heyətinin üzvü, «Metabolizm» jurnalının rəyasət heyətinin üzvü, «Tibb» jurnalının redaksiya şurasının üzvü, «Sağlam ol», Oftalmologiya» jurnallarının redaksiya heyətinin üzvü, bir sıra elmi şuraların üzvü, «Azərbaycan prezidenti yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti və s. 2008-də Türk Dünyası Araşdırmaları Uluslar arası Elmlər Akademiyasının üzvü seçilib. 2008-ci ildə Dünya Allerqologiya Təşkilatının üzvü seçilib. 2009-cu ildə tibdə böyük xidmətlərinə görə BMT-nin I dərəcəli «Hippokrat» ordeninə layiq görülmüşdür.
Bu müddət ərzində kafedrada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılmışdır; dərslərdə mövzu üzrə xəstələrin nümayiş etdirilməsindən əlavə, müxtəlif əyani və texniki vəsaitlərdən (cədvəllər, slaydlar, videofilmlər, notebook və s.) istifadə edilir; kafedranın əməkdaşları müxtəlif xəstəliklər haqqında vidiofilmlər yaradılmasında bilavasitə iştirak edirlər. Burada Azərbaycan və rus dillərində tədris vəsaitləri, nümunəvi xəstəlik tarixləri hazırlanmışdır. Tələbələr nəzəri biliklərə yiyələnməklə yanaşı, xəstələrlə sərbəst işləyir, gecə növbəsində qalır, həftədə iki dəfə keçirilən subordinator konfranslarında, klinikada keçirilən elmi-praktik konfranslarda iştirak edirlər. Hər il tələbələr Tələbə Elmi Cəmiyyətinin konfranslarında pediatriya ixtisası üzrə aktiv iştirak edilər.
Professor A.A.Əyyubovanın rəhbərliyi altında 8 doktorluq, 30-dan artıq fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Onun tələbələrindən səhiyyə sistemində uğurla çalışan professor K.M.Hacıyev, professor G.M.Nəsrullayeva, professor L.İ.Allahverdiyeva, professor H.H.Qabulov, professor R.İ.Məmmədova, professor N.H.Sultanova, t.e.d. G.Ə.Əhmədov və onlarla digər alimləri göstərmək olar.Bununla yanaşı fəlsəfə doktoru elmi dərəcəsi almaq üşün dissertasiyaları təsdiqlətmiş əməkdaşlarda (t.ü.f.d.N.N.Hacıyeva, t.ü.f.d. T.T.Panahova, t.ü.f.d. M.K.Kərimova, t.ü.f.d. A.İ.Ağayeva, t.ü.f.d. S.M.Nəsirova, t.ü.f.d. A.S.Süleymanlı, t.ü.f.d. S.T.Qənbərova, t.ü.f.d. M.K.Eynalova və b. ) pediatriyanın müxtəlif ixtisasları üzrə dünyanın müxtəlif ölkələrində təkmilləşmə kurslarında fəal iştirak etməklə bərabər , uğurla işlərini davam etdirirlər.
Kafedranın yetirməsi olan professor Allahverdiyeva L.İ. Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar, Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar, eləcə də Avropa respirator elmi cəmiyyətlərinin üzvüdür. 2006-2007-ci illərdə elmi nailiyyətlərinə görə Amerika Birləşmiş Ştatlarında «Who's Who in Medicine and Helthcare» kitabının altıncı nəşrinə daxil olmuşdur.2009-cu ildən Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş allerqoloqudur.
A.A.Əyyubovanın tələbələrindən olan t.e.d., prof. G.M.Nəsrullayeva 2004-cü ildən «II Uşaq xəstəlikləri» kafedrasının nəzdində yaranan «İmmunologiya» kursunun rəhbəridir
2016-cı ildə ATU-da pediatriya fakultəsinin ləğv olunması ilə əlaqədar 2017-ci ilin dekabr ayında « II, III Uşaq xəstəlikləri » və «Neonatologiya» kafedralarının birləşdirilməsi nəticəsində II Müalicə Profilaktika Fakultəsinin nəzdində « II Uşaq xəstəlikləri » yaradıldı. Kafedra müdiri vəzifəsinə SSRİ Tibb Elmləri (1971), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1983), Rusiya TEA-nın müxbir üzvü (1992), Azərbaycanın Əməkdar Elm Xadimi, Respublika Dövlət Mükafatı laureatı, Azərbaycan Pediatrlar Assosiasiyasının Prezidenti akademik Namazova A.Ə (2017-2020) təyin olundu. Kafedra fəaliyyət göstərdiyi dövrdə inkişaf etmiş, təşəkkül tapmış və Azərbaycan Tibb Universitetinin ən iri profil kafedrasına çevrilmişdir.Xəstə uşaqlara yüksək səviyyəli tibbi yardım göstərmək və tədrisin keyfiyyətini təkmilləşdirmək məqsədi ilə kafedranın yerləşdiyi Ə.F.Qarayev adına Bakı şəhəri 2 saylı klinik uşaq xəstəxanasının somatik şöbələri südəmər dövrün xəstəlikləri, kardiorevmatoloji, yeni doğulmuşların patologiyası-neonatologiya (1971), intensiv terapiya (1972) üzrə ixtisaslaşdırılmışdır. Onun uşaqlarda revmatizm, anadangəlmə ürək qüsurları, hipertoniya, hipotoniya və s. patologiyalara aid elmi yenilikləri pediatriya elminin inkişafına güclü təkan vermişdir.
Bu illər ərzində kafedrada elmi-pedaqoji kadrların hazırlanmasında akademik A,Ə.Namazova və prof. S.N.Musayevin rəhbərliyi ilə böyük işlər görülmüşdür. Dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Tibb Universitetinin «II Uşaq xəstəlikləri» kafedrası, Rusiya Tibb Elmləri Akademiyasının Pediatriya ET İnstitutu, RTEA-nın Uşaq sağlamlığı Mərkəzi və ET bərpaedici İnstitutu, I Moskva Tibb İnstitutu, Türkiyə Hacı Təpə institutu ilə qarşılıqlı müqavilə əsasında kompleks elmi araşdırmalar aparılıb. Kafedra əməkdaşları Azərbaycandan başqa bir sıra beynəlxalq «Педиатрическая фармакология», «Pediatriya» jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərirlər. 2013-cü il iyun ayında Azərbaycan Respublikası Pediatrlar Assosiasıyası Avropa Pediatrlar Assosiasıyasının böyük ailəsinə səs çoxluğu ilə qəbul olunmuşdur . Akademik Namazova A.Ə zəhməti nəticəsində 40 ildən çoxdur ki, kafedra əməkdaşları Azərbaycan Respublikası Pediatrlar Assosiasıyasına rəhbərlik edir: assosiasıyanın prezidenti akademik Namazova A.Ə., vitse prezidenti əməkdar elm xadimi prof.Musayev S.N., icraçı direktoru tibb elmləri namizədi, dosent T.Q.Tağızadə təyin olunmuşdur. Cəmiyyət Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, iki mindən çox pediatrı əhatə edir. Cəmiyyət Respublika Səhiyyə Nazirliyinin köməkliyi ilə sıx əlaqədə çalışır, vaxtaşırı təcrübi pediatrlar üçün yığıncaqlar, mühazirələr təşkil edirlər.
Akademik Namazova A.Ə kafedraya rəhbərlik etdiyi müddətdə kafedrada revmatizm zamanı qalxanabənzər vəzin funksional vəziyyəti (Bayramov M.Ə.), lipid mübadiləsinin göstəriciləri (Quliyev R.,Nağıyev N.İ.), androgenlərin ekskresiyası (Ağayeva F.Ə., Qasımova Y.A.), kallikrein-kinin sistemin yenidoğulmuşlarda vəziyyəti (Şəfiyeva K.X.), xroniki tonzilliti və revmatizmi olan uşaqlarda tonzilloektomiyanın səmərəliliyini qiymətləndirməkdə klinik-laborator və bəzi immunobiokimyəvi göstəricilərin dinamikası (Pənahi M.Q.),2-17 yaşlı sağlam uşaq və yeniyetmələrdə arterial təzyiqin normativlərini işləyib hazırlanması (Əsədullayeva D.Ə.), erkən yaşlı uşaqlarda pnevmoniyanın kəskin gedişində lipid mübadiləsinin dəyişilməsi və onun lipotrop dərmanlarla (linetol, vitamin «E» və s.) korreksiyası (S.Əmirəliyev, T.Əliyeva), birincili hiper və hipotoniya xəstəliklərinin əmələ gəlməsində irsi, ekzo və endogen amillərin, xüsusilə mənfi emosional reaksiyaların rolu (Hajıyev Ə.A.) , kallikrein-kinin sisteminin vəziyyəti (Musayev S.N.) öyrənilmiş və bu istiqamətdə simpato-adrenal sistemin (SAS) funksional aktivliyinin öyrənilməsinə dair silsilə elmi işlər nəşr edilmişdir (Hacıyev Ə.A., Məmmədəliyeva Z.M.). Qan dövranı pozuntusu zamanı lipid mübadiləsinin pozuntuları mövzuda dissertasiyalar müdafiə olunub (Nağıyev N.İ.). Bununla yanaşı bu illər ərzində uşaqlarda yuvenil artritlər zamanı osteoporoz riskinin öyrənilərək (Musayev S.N., Əliyeva N.N.) metodik tövsiyyələrin hazırlanması xüsusi əhəmiyyət kəsb edib.
Akademikin rəhbərliyi və məsləhətçiliyi ilə 10 doktorluq və 50-ə yaxın tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, təsdiqlərini almışlar.Onlardan t.e.d. prof. Ə.A.Hacıyev, M.A.Bayramov, S.N.Musayev, N.İsrafilova, H.Ə. Qurbanov, Ə.Q. Həsənov 60-dan artıq alimin doktorluq və namizədlik dissertasiyası müdafiə etməsi onun yaratdığı elmi məktəbin bariz göstəricilərindəndir. Onun yetirmələri olan dosent N.A.Hacıyeva , dosent F.M.Məmmədova, dosent L.Ə.Hidayətova,dosent Ü.K.Hacıyeva, ass.İ.A.Səfərova və b. akademikin dəsti xətti ilə uğurla işlərini davam etdirirlər.
Kafedranın professoru ,ə.e.x. S.N.Musayevin rəhbərliyi ilə də həm elmi və həmdə müalicə sahəsində böyük işlər görülür. Beləki, 1980-cı illərin ortalarından kafedra İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrası ilə birlikdə uşaqlarda birləşdirici toxumanın diffuz xəstəliklərinin inkişaf mexanizminin, ayrı-ayrı orqanlarının zədələnmə xüşusiyyətlərinin öyrənilməsinə başlamışdır. Dünya pediyatriya elmində ilk dəfə olaraq sistem qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, dermatomiozit zamanı həzm orqanlarının dəyişiklikləri immuno-histokimyəvi səviyyədə öyrənilməsində, xəstəliklərin diaqnoz meyarlarına, müalicə taktikasına əlavələr edilməsində professor , ə.e.x. S.N. Musayev zəhməti əvəzolunmazdır . Professor , ə.e.x. S.N. Musayev rəhbərliyi ilə bir çox tibb elmlər doktorları və eləcədə tibb üzrə fəlsəfə doktorları ( dosent T.Q.Tağızadə, dosent S.N.Məmmədova, assistent N.S.Həsənova və s.) hazırlanaraq ,elmi dərəcələrin adlarına layiq görülmüşdürlər.
Kafedranın professor-müəllim heyəti dövrü olaraq Respublikamızda və həm də müxtəlif xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda iştirak edir, elmi məruzələrlə cıxışlar edirlər.
Akademik Namazova A.Ə.və fəlsəfə elmləri doktoru professor- fəlsəfə kafedrasının müdiri Əliyev Q. «Təbabət etikası» adlı ilk dərsliyi tərtib edib çapdan çıxarmışlar. YUNESKO-nun etika problemlərinə həsr olunmuş 18-ci Beynəlxalq konfransında bu dərsliyin mahiyyəti xüsusi qeyd edilərək bəyənilmiş və başqa dillərə tərcümə olunması tövsiyə edilmişdir.
Kafedrada A.Ə.Namazovanın rəhbərliyi ilə aşağıdakı monoqrafiyalar çapdan çıxmışdır: A.Ə.Namazova «Ürək çəpərində cərrahiyyə» əməliyyatı, 1967, «Ürək çəpərinin qüsurları» 1976, «Uşaq xəstəlikləri» dərslik 1972, A.Ə.Namazova, T.Qurbanov «Uşaqlarda qaraciyərin və öd yollarının xəstəlikləri ilə mübarizə və bu xəstəliklər zamanı qidalanmanın xüsusiyyətləri» 1979, A.Ə.Namazova, T.Qurbanov «Azərbaycan regionunda endokrin xəstəliklərin uşaqlarda xüsusiyyətləri» 1979, A.Ə.Namazova, Ə.A.Hacıyev «Uşaq və yeniyetmələrdə birincili hipotoniya» 1979, A.Ə.Namazova, A.Abdullayev, S.Quliyev «Pediatrın resept-məlumat kitabı» 1985, «Uşaqlarda ürək xəstəlikləri», «Təbabət etikası» (2001), Praktiki həkimlər və Tibb Universitetinin tələbələri və həkimləri maarifləndirmək üçün çox saylı metodik və dərs vəsaitlər çap olunub. Onlardan professor S.N.Musayevin yazıb, çap etdirdiyi «Revmatizmin uşaqlarda gediş xüsusiyyətləri» akademik Namazova A.Ə., t.e.n. Mustafayevin yazdıqları «Sağlam uşaqların qidalandırılması», «Uşaqlarda bruselyoz», «Uşaqlarda gecə enurezi», «Dəmirin orqanizmdə rolu, dəmir defisitli anemiyanın müalicə və profilaktikası» (2011) , N.N.Namazova, Ə.Q.Həsənov, S.N.Musayev, R.D.Quliyev, L.H.Hidayətov, M.S.Pənahova, X.C.Mustafayeva «Uşaqlarda öd kisəsi və öd yollarının xəstəlikləri», 2015və s. göstərmək olar.
Bununla yanaşı kafedra əməkdaşları tərəfindən «Uşaqlarda bronxial astmanın- Milli proqramı», «Bronxial astma» və A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Bronxoobstruksiyanın diaqnostikasında spirometriyanın rolu» 2011 barədə praktik həkimlər üçün tövsiyələr, dos. M.K.Kərimova«Tez-tez xəstələnən uşaqlar» 2011, A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Uşaq xəstəlikləri» klinik məsələlər 2012; A.A.Əyyubova, E.S.Səfərəliyeva, N.H.Sultanova, A.İ.Ağayeva «Uşaq poliklinikasının işinin təşkili» 2014 adlı dərs vəsaiti, A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova, G.M.Nəsrullayeva «Childhood diseases , textbook for medical students» 2014 Dərslik , A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Uşaq xəstəlikləri» 2018 Dərslik, G.Ə.Əhmədov, A.A.Süleymanlı «Uşaqlarda tip-1 şəkərli diabet » adlı vəsaitləri hazırlanmışdır.
Kafedranın əməkdaşları əhali arasında tibbi-gigiyenik biliklərin təbliğ edilməsində səhiyyə maarifinin inkişaf etdirilməsində ardıcıl olaraq radio, televiziya və mətbuat vasitəsilə çıxışlar edirlər.Eyni zamanda kafedranın əməkdaşları Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında ixtisaslaşmış həkim yardımı göstərir. Kafedranın əməkdaşlarının səhiyyənin müxtəlif sahələrində göstərdikləri fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək çoxsaylı təltiflərə, fəxri fərmanlara layiq görülmüşlər.
«II Uşaq xəstəlikləri» kafedrası , rezidentlərinin həm təcrübi və həm də tədrisi prosesində aparıcı mərkəz rolunu oynayır.Mütamadi olaraq rezidentlərin ixtisas proqramlarına uyğun olaraq təcrübi seminarlar təşkil olunur. Kafedrada 5 ixtisas üzrə (pediatriya, uşaq endokrinologiyası, neonatologiya, uşaq qastroentologiyası, uşaq kardiologiyası) rezident hazırlanılır.
«II Uşaq xəstəlikləri» kafedrasında «II müalicə profilaktika», «İctimai-səhiyyə» (İctimai səhiyyənin «Tibb baçıları » daxil olmaqla), « Hərbi tibb» (Hərbi tibb fakultəsinin «Feldşerləri» daxil olmaqla), «Stomatologiya» fakultələrinin tələbələrinə dərs keçilir. Seçim fənni olaraq «Bioetika» fənni tədris olunur.Hər yeni tədris ilində keçirilən dərslərin proqramı müzakirə olunur, bokalavlara oxunan mühazirə və təcrübi dərslərin yekdil tədris planı hazırlanır və hər tədris ilində yeniləşdirilir
2021 – ci ildən «ΙΙ Uşaq xəstəlikləri» kafedrasına professor N.H.Sultanova rəhbərlik edir. Kafedra əməkdaşları 6 Klinik bazalara təhkim olunublar. Kafedra əməkdaşlarının sayı 63 nəfərdir.
Onlardan:
professorlar | 5 nəfər |
t.e.d., dosent | 2 nəfər |
t.e.d., assistent | 1 nəfər |
t.ü.f.d.dosent | 13 nəfər |
t.ü.f.d., assistent | 20 nəfər |
assistentlər | 4 nəfər |
baş laborantlar | 11 nəfər |
laborant | 4 nəfər |
baş preparator |
1 nəfər |
preparator | 1 nəfər |
xadimə | 1 nəfər |
II UŞAQ XƏSTƏLİKLƏRİ KAFEDRASI
ƏMƏKDAŞLARININ SİYAHISI
№ |
A.S. A. |
Vəzifəsi |
1 |
Sultanova Nailə Həsən qızı |
Kaf.müd.,prof |
2 |
Əyyubova Amalya Abdulla qızı |
t.e.d.,prof. |
3 |
Musayev Surxay Novruz oğlu |
t.e.d.,prof. |
4 |
Qabulov Hüseyn Həsən oğlu |
t.e.d.,prof |
5 |
Həsənov Ələkbər Qəzənfər oğlu |
t.e.d.,prof. |
6 |
Qurbanov Hüseynağa Əli oğlu |
t.e.d.,ass. |
7 |
Seyidbəyova Fatımə Oqtay qızı |
t.e.d.,dos. |
8 |
Əhmədov Gündüz Əli oğlu. |
t.e.d.,dos. |
9 |
Tağızadə Təranə Qadır qızı |
t.ü.f.d.,dos. |
10 |
Məmmədova Fəxriyyə Məhmud qızı |
t.ü.f.d.,dos. |
11 |
Musayev İsa Musa oğlu |
t.ü.f.d.,dos. |
12 |
Kərimova Məleykə Knyaz qızı |
t.ü.f.d.,dos. |
13 |
Pənahova TahirəTahir qızı |
t.ü.f.d.,dos. |
14 |
Əfəndiyeva Nigar Ənvər qızı |
t.ü.f.d.,dos. |
15 |
Ələsgərova Səadət Məhəmməd qızı |
t.ü.f.d.,dos. |
16 |
Poluxova Aynur Əli qızı |
t.ü.f.d.,dos. |
17 |
Hacıyeva Nərgiz Ağamusa qızı |
t.ü.f.d.,dos. |
18 |
Məmmədova Sevda Nəsrəddin qızı |
t.ü.f.d.,dos. |
19 |
Hacıyeva Ülviyyə Kommunar qızı |
t.ü.f.d.,dos. |
20 |
Adilova Aytəkin İsmayıl qızı. |
t.ü.f.d.,dos. |
21 |
Hidayətova Lalə Əlihüseyn qızı |
t.ü.f.d.,dos. |
22 |
Əliyeva Tövhə Məhəmməd qızı |
t.ü.f.d.,ass. |
23 |
Əkbərova Rəna Yaqub qızı |
t.ü.f.d.,ass. |
24 |
Pənahova Nüşabə Fərhad qızı |
t.ü.f.d.,ass. |
25 |
Dünyamaliyeva Hürü Üzeyir qızı |
t.ü.f.d.,ass. |
26 |
Əlibəyova Nigar Gəmil qızı |
t.ü.f.d.,ass. |
27 |
Tağıyeva Afaq Nadir qızı |
t.ü.f.d.,ass. |
28 |
Ağayeva Aida İbadulla qızı |
t.ü.f.d.,ass. |
29 |
Nəsirova Səbahət Məmməd qızı |
t.ü.f.d.,ass. |
30 |
Eynalova Mehriban Kərim qızı |
t.ü.f.d.,ass. |
31 |
Orucova Püstə Əli qızı |
t.ü.f.d.,ass. |
32 |
Həsənova Nəsakət Sənif qızı |
t.ü.f.d.,ass. |
33 |
Məmmədova Naibə Mirzəli qızı. |
t.ü.f.d.,ass. |
34 |
Nəcəfova Gülnarə Tələt qızı |
t.ü.f.d.,ass. |
35 |
Hacıyeva Nurəngiz Nizami qızı |
t.ü.f.d.,ass. |
36 |
Quliyeva Səidə Əlibala qızı |
t.ü.f.d.,ass. |
37 |
Səfərova İradə Adil qızı |
t.ü.f.d.,ass. |
38 |
Muxtarova Sevinc Nəbi qızı. |
t.ü.f.d.,ass. |
39 |
Qənbərova Sevil Türbət qızı |
t.ü.f.d.,ass. |
40 |
Süleymanlı Aysel Azər qızı |
t.ü.f.d.ass. |
41 |
İmanov Elnur Əyyub oqlu |
t.ü.f.d.ass. |
42 |
Çernik-Bülənd Adilə Feyzulla qızı |
ass. |
43 |
Novruzov Ilsur Hümbət oğlu |
ass. |
44 |
Mansurova Sarabəyim Meydan qızı |
ass. |
45 |
Cəfərov Ələmdar Mədət oğlu |
ass. |
46 |
Cəbrayılova Günay İsrafil qızı |
Baş.lab. -*- |
47 |
Cəfərova Aytən Osman qızı |
-*- |
48 |
Məmmədova Nərgiz Vidadi qızı |
-*- |
49 |
Axundova Afaq Arif qızı |
-*- |
50 |
Məmmədova Könül İbrahim qızı |
-*- |
51 |
Salamzadə Günay Zelabdin qızı |
-*- |
52 |
Əhmədova Səbinə Həsrət qızı |
-*- |
53 |
Əbüləzimova Sevinc Elçin qızı |
-*- |
54 |
Mircavadlı Rəhilə Mirqəmi qızı |
-*- |
55 |
İsmayılov Qoşqar İsmayıl oqlu |
-*- |
56 |
Şıxəmmədova Aysel Cəmaləddin qızı |
-*- |
57 |
İbrahimova Sevinc Mərkəz qızı |
Laborant |
58 |
Əzizova Həmidə Əsisağa qızı |
-*- |
59 |
Rza - zadə Suma Oruc qızı |
-*- |
60 |
Kərimova Sevda Surəddin qızı |
-*- |
61 |
Fərəməzova Nailə İsrafil qızı |
Baş.prep.. |
62 |
Manaflı Arzu Fəxrəddin qızı |
Prеparator |
63 |
Əhmədova Şərafət Nəsir qızı |
Xadimə |