4 noyabr 2022-ci il "Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqların VI Milli Beynəlxalq konfransı"
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris- terapevtik klinikasında Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin sədri Əməkdar elm xadimi, professor Amaliya Əyyubovanın rəhbərliyi ilə "Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqların VI Milli Beynəlxalq konfransı" keçirilmişdir.Tədbirdə yerli və xarici məruzəçilər çıxış etmişdirlər.
Konfransı Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov açaraq, cəmiyyətin sədri Amaliya Əyyubovanın gördüyü işlərin əhəmiyyətindən danışmışdır. Hörmətli prorektor daha sonra xarici qonaqları təqdim etmişdir. MDB ölkələrinin Allerqoloq və İmmunoloq Şurasının prezidenti, İmmuno-Fiziologiya İnstitutunun direktoru, akademik Revaz Sepiaşvili, Novosibirsk Tibb İnstitutunun Pediatriya kafedrasının müdiri, professor Yelena Kondyurina, Ukrayna NMAPO akademiyasının pediatriya kafedrasının professoru Şarikadze Yelena Viktorovna və Boqomolets adına Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının assistenti Yuriev Sergey Dmitrieviç maraqlı təqdimatla çıxış etmişdirlər.
Konqresin təşkilat komitəsinin üzvləri:
Əməkdar elm xadimi, professor Amaliya Əyyubova
t.ü.f.d., dosent Tahirə Pənahova
doktorant Aytən Cəfərova