2017-ci ildən Səhiyyə Nazirliyi və UNİCEF-in dəstəyi ilə ana südü ilə qidalanmanın bütün doğum evlərində təmin edilməsinə dair strategiyayanın icrasına başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər planı”na uyğun TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsi tərəfindən analara və yenidoğulmuşlara tibbi xidmət göstərən müəssisələrdə ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsinin tətbiqi üzrə təlimlərin keçirilməsi bu gün uğurla davam edir. Bu layihə Səhiyyə Nazirliyi Ana və uşaq sektoru və UNICEF-in dəstəyi Kafedramızın əmıkdaşıları Hacıyeva Nurəngiz və Səadət Ələskərova tərəfindən “Ana südü ilə uğurlu qidalandırma" strategiyası azərbaycan dilinə tərcümə edildi və təqdimatlar hazırlandı. Mühazirələr Azərbaycanın şəhər və rayonlarında yerləşən bütün doğum evlərində, ATU-də və ana südü ilə birbaşa əlaqəsi olan tibb işçilərinə təqdim edilir. Hədəfimiz Azərbaycanın hər bir nöqtəsində gələcəyimiz olan uşaqları 6 aya kimi yalnız ana südü ilə qidalandırmağı təbliğ və təmin etməkdir. Eyni zamanda Hacıyeva tərəfindən təlimçilərin (TOT training of trainers) hazırlanması və seçilməsi təşkil aparılır. Təlimdə "uğurlu ana südü strategiyasının incəliklərini" təlimçilərin diqqətinə çatdırılır.