AZƏRBAYCAN ALLERQOLOQ, İMMUNOLOQ VƏ İMMUNOREABİLİTOLOQLARIN VI BEYNƏLXALQ KONQRESİ
4 noyabr 2022-ci il tarixində Azərbaycan Tibb Universitetində "Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqların VI Beynəlxalq Konqresi" keçiriləcəkdir. Konqresdə allergik xəstəliklərin klinik təzahüründə mukozal iltihabın təsiri, şəkərli diabet olan uşaqlarda diabetik nefropatiyanın erkən aşkar olunması, uşaqlarda xırda bronxlarda gedən iltihabı proseslərin differensial diaqnostikası, cərrahi yol ilə doğulmuş uşaqlarda allergiyanın inkişafında risk faktorunun rolu və s. mövzuların ətraflı interaktiv müzakirəsi və çıxışları aparılacaqdır.
Konqressdə iştirak etmək üçün online qeydiyyatdan keçmək lazımdır
http://www.uimconsulting.com/az/site/conference/39