“PEDİATRİYANIN AKTUAL PROBLEMLƏRİ” XII BEYNƏLXALQ KONQRES

11-13 oktyabr 2022-ci il tarixlərində Bakıda "Pediatriyanin Aktual Problemleri”  mövzusunda növbəti  XII BEYNƏLXALQ PEDİATRİK KONQRES - keçiriləcək.

Konqresin əsas məqsədi uşaqlara tibbi yardımın təşkilinin daha da yaxşılaşmasına, təkmilləşdirilməsinə hərtərəfli töhfə verməkdir. Konqresdə uşaq əhalisinin xəstələnməsinin qarşısının alınmasına və bu xəstəliklər nəticəsində inkişaf edən ağırlaşmaların, həmçinin ölüm hallarının azaldılmasına dair tətbiq edilən müasir müalicə üsulları və profilaktik tədbirlər və həmçinin klinik pediatriyanın digər aktual məsələləri müzakirə olunacaq.

Konqresə öncədən aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. 

http://www.uimconsulting.com/az/site/conference/37

Biz sizə necə kömək edə bilərik?